|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya Fakültəsinin Web
Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının
dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və
Psixologiya Fakültəsinin
Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
Pedaqogika və Psixologiya Fakültəsinin Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi
düşündürən məsələləri, sualları psychology@aspu.az elektron poçt ünvanı
ilə bizə çatdıra bilərsiniz.
Pedaqogika və Psixologiya Fakültəsinin Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan
tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.
Pedaqogika və Psixologiya Fakültəsinin Dekanı,
dos. Allahverdi Hacıyev
|
|
|
|
|
Fakültə yenidən müstəqil şəkildə 1981-ci ildə yaradılmışdır.
1936-cı ildə pedaqoji fakültənin nəzdində olan məktəbəqədər şöbənin bazası əsasında
məktəbəqədər fakültə təşkil olundu, dekan vəzifəsinə dos. D.Mustafayeva təyin edildi.
Fakültə nəzdində məktəbəqədər pedaqogika kafedrası yaradıldı. Fakültə 10 il fəaliyyət
göstərdi.
Sonrakı illərdə pedaqoji fakültənin nəzdində məktəbəqədər tərbiyə şöbəsi (əyani
və qiyabi) fəaliyyət göstərmiş, məktəbəqədər tərbiyə müəssisələri üçün ali təhsilli
kadr hazırlamaqla məşğul olmuşdur.
Yarandığı gündən etibarən fakültənin dekanı vəzifəsində dos. Eldar Abbaszadə (1981-1985),
dos. Gülarə Qayıbova (1985-1987), prof. Xəlil Fətəliyev (1987-1989), prof. Məmməd
Məmmədov (1989-1997, əyani), dos. Musa Həsənov (1989-1997, qiyabi), dos. Şəhla Əliyeva
(1997-2001) çalışmışlar.
2001-ci ilin sentyabrından bu günə qədər fakültəyə dos. Allahverdi Hacıyev rəhbərlik
edir.
1996-cı ilə qədər fakültədə yalnız bir ixtisas üzrə – məktəbəqədər təhsilin pedaqogikası
və metodikası üzrə kadr hazırlanırdı. 1996-1997-ci tədris ilindən etibarən fakültəyə
yeni bir ixtisas – korreksiyaedici pedaqohika və psixologiya ixtisası da verilmişdir.
Hazırda fakültənin əyani şöbəsində 3 ixtisas – məktəbəqədər təhsilin pedaqogikası
və metodikası, psixologiya, defektologiya ixtisasları, qiyabi şöbədə isə 2 ixtisas
– məktəbəqədər təhsilin pedaqogikası və metodikası, defektologiya ixtisasları üzrə
kadr hazırlanır. Həmin ixtisaslara dair baza proqramları, dövlət standartları və
tədris planları fakültədə hazırlanmışdır.
İndiyədək fakültədə respublika məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri,
xüsusi və yardımçı məktəblər üçün xeyli sayda ali təhsilli tərbiyəçilər, praktik
psixoloqlar və defektoloqlar hazırlanmışdır. Fakültənin əyani şöbəsində 484, qiyabi
şöbəsində 274 tələbə təhsil alır.
Hal-hazırda fakültənin nəzdində 3 ixtisas kafedrası: məktəbəqədər pedaqogika, yaş
və pedaqoji psixologiya, ümumi psixologiya kafedraları fəaliyyət göstərir.
Yaradıcı Kollektiv
|
|
|
|
|
Məktəbəqədər Pedaqogika Kafedrası
"Preschool
Education Pedagogical Department Page"
Yaş və pedaqoji psixologiya Kafedrası
"Age
Structure Pedagogical and Psychology Department Page"
Ümumi Psixologiya Kafedrası
"General
Psychology Department Page"
Əməkdaşlar
"Personals
Page"
Elmi Əsərlər və Məqalələr
"Publications
Page"
Məzunlar
"Graduates
Page"
|
|
|
|
|
|
|
|
|