Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksPsixologiya >> Ümumi Psixologiya Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Ümumi Psixologiya Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsinin - Ümumi Psixologiya Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Ümumi Psixologiya Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Ümumi Psixologiya Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları psychology_general@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Ümumi Psixologiya Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Ümumi Psixologiya Kafedrasının Müdiri,
prof. Ə.Ə.Əlizadə
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Ümumi Psixologiya Kafedrası 
Azərbaycan Dövlət Pedaqoji Universiteti XX yüzillikdə respublikada psixologiya elminin inkişafında müəyyənedici rol oynayan önəmli elm mərkəzlərindən biridir. Yarandığı ilk gündən (1921) burada psixologiya fənni tədris olunmuş və ümumi psixologiya, yaş psixologiyası və pedaqoji psixologiya sahəsində sanballı nəzəri – eksperimental tədqiqatlar aparılmışdır.
Psixologiya kafedrasının inkişaf yolunu şərti surətdə dörd mərhələyə ayirmaq olar.
I mərhələ (1921-1941) universitetdə psixologiya kafedrasının formalaşmasına hazırlıq mərhələsidir. 20-ci illərin əvvəllərində ADPU-da H.Şaxtaxtinski, A.O.Makovelski, Ə.K.Zəkiyev kimi istedadlı psixologiya müəllimləri fəaliyyət göstərsələr də, hələ müstəqil psixologiya kafedrası təşkil olunmamışdı. 30-cu illərdə aspirantura xətti ilə psixologiya üzrə elmi-pedoqoji kadrların hazırlanması sahəsində ilk addımlar atılırdı.
II mərhələdə (1941-1963) ADPU-da ilk dəfə olaraq görkəmli Azərbaycan psixoloqu prof. Ə.K.Zəkiyevin rəhbərliyi ilə psixologiya kafedrası yaradıldı. Lakin II Dünya müharibəsinin başlanması kafedranın fəaliyyətinə də öz təsirini göstərdi. Müharibədən sonrakı illərdə kafedra yenidən təşkil olundu. 1947-1948-ci ildə ADPU-da məntiq-psixologiya şöbəsinin açılması kafedranın elmi-pedaqoji həyatında xüsusi rol oynadı. Psixologiya kafedrasının nəzdində psixologiya kabineti yaradıldı. Lakin 1957-1958-ci tədris ilində məntiq və psixologiya şöbəsi bağlandı, 1959-cu ildə isə psixologiya kafedrası pedaqogika kafedrası ilə birləşdirildi.
III mərhələdə (1963-1975) psixologiya kafedrası prof. Ş.S.Ağayevin rəhbərliyi ilə müstəqil fəaliyyətə başladı. Kafedrada elmi-tədqiqat işləri geniş vüsət aldı. Psixologiyanın müxtəlif sahələrində, ilk növbədə, pedaqoji psixologiya sahəsində sanballı tədqiqatlar aparıldı. A.U.Məmmgdov (1965) İ.A.Fərəcov (1969), Q.Y.Əzimov (1970), İ.N.Məmmədov (1972), M.Ş.Əbdülov (1973), Ə.T.Baxşəliyev (1973), N.A.Cavadov (1974) və başqaları müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etdilər. Kafedranın əməkdaşları «Əmək tərbiyəsi və inkişafı» (Ş.S.Ağayev, 1967), «Kiçik məktəb yaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf dinamikası» (Ə.S.Bayramov, 1967). «Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri» (Ə.Ə.Əlizadə, 1975) mövzularında doktorluq dissertasiyaları müdafiə etmişlər.
IV mərhələdə (1975-2006) psixologiya kafedrası ümumi psixologiya kafedrası kimi fəaliyyətə başladı. Kafedraya prof. Ə.Ə.Əlizadə rəhbərlik edir. Onun psixologiyanın bu və ya digər problemləri ilə bağlı 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur. Prof. Ə.Əlizadə Azərbaycan psixoloqlarının ikinci nəslinin tanınmış münayəndələrindən biridir. Bu mərhələdə ilk növbədə psixololgiyanın tədrisi keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Kafedranın yaxından iştirakı ilə «Ümumi psixologiya» (1986) dərsliyi tərcümə olunmuş, «Psixologiya» (1989) dərsliyi və müxtəlif proqramlar nəşr olunmuş, «Ali pedaqoji məktəbdə psixologiyanın tədrisi metodikası» sistemli şəkildə öyrənilmiş, kafedranın qabaqcıl müəllimlərinin iş təcrübəsi ümumiləşdirilmişdir.
Hazırda kafedrada 10 nəfər: prof. Ə.Ə.Əlizadə, (kafedra müdiri), dosentlər A.U.Məmmədov, M.Ş.Əbdülov, T.H.Ağayeva, baş müəllimlər S.M.Əliyeva, G.A.Məmmədova, R.Axundova, müəllimlər N.T.Hüseynova, M.S.Əliyev və Ə.Alıyev) çalışır.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Ümumi Psixologiya Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksPsixologiya >> Ümumi Psixologiya Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center