Azərbaycan Dövlət Pedaqoji Universitetinin Web Portalı
Skip Navigation LinksPsixologiya >> Məktəbəqədər Pedaqogika Kafedrası
www.ASPU.az ::: Azerbaijan State Pedagogical University ::: www.ASPU.az
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Məktəbəqədər Pedaqogika Kafedrasına XOŞ GƏLDİNİZ! 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsinin - Məktəbəqədər Pedaqogika Kafedrasının Web Səhifəsinə - "XOŞ GƏLDİNİZ!".
Əziz valideynlər, tələbələr, professor-müəllim heyəti, o cümlədən, Azərbaycan xalqının dəyərli ziyalıları! Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Məktəbəqədər Pedaqogika Kafedrasının Web Səhifəsində salamlayaraq hamınıza - "XOŞ GƏLDİNİZ!" deyirəm.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Məktəbəqədər Pedaqogika Kafedrasının Web Səhifəsi Sizin xidmətinizdədir. Arzu və istəklərinizi, sizi düşündürən məsələləri, sualları psychology_preschool@aspu.az elektron poçt ünvanı ilə bizə çatdıra bilərsiniz.
PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Məktəbəqədər Pedaqogika Kafedrasının Web Səhifəsi Azərbaycanın ali pedaqoji təhsil tarixi ilə maraqlanan tədqiqatçılar, müəllimlər, tələbə və geniş oxucu auditoriyası üçün daha da maraqlıdır.
Odur ki, elektron məktublarınızı səbirsizliklə gözləyirik.

PEDAQOGİKA VƏ PSİXOLOGİYA Fakültəsi - Məktəbəqədər Pedaqogika Kafedrasının Müdiri,
dos.R.Mursaqulova
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  UNİVERSİTETİN PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Məktəbəqədər Pedaqogika Kafedrası 
Kafedra 1968-ci ildə yaradılmışdır.
Ötən illər ərzində kafedraya dos. Ə.Qədimbəyova (1968-1978) dos. N.Rüstəmova (1980-1989), dos.B.Paşayeva (1989-1999) rəhbərlik etmişlər. 1999-cu ildən bəri kafedranın müdiri dos.R.Mursaqulovadır.
Kafedra üzvləri məktəbəqədər yaşlı uşaqların təhsil və tərbiyəsinin mühüm problemlərinə dair tədqiqatlar aparmış, namizədlik dissertasiyası müdafiə etmiş, kitab və kitabçalar nəşr etdirmişlər.
Dos. N.Rüstəmovanın «Məktəbəqədər pedaqogika tarixi» (2004), dos.R.Mursaqulova, dos. Ş.Əliyevanın «Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsi metodikası» (1993), dos. Z.Vəliyevanın «Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi» (1993), dos.N.Rüstəmova və dos. Z.Zeynalovanın «Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvərlərin formalaşması metodikası», dos. S.Salamovanın «Yaradıcı oyunlar prosesində uşaqların lügət ehtiyatlarının zənginləşdirilməsi» (1997), dos. Ş.Əliyevanın «Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi», «Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsinin formaları, yolları və vasitələri», dos. Ş.Əliyevanın və S.Mehdiyevanın «Ustadnamələr» (2006) adlı kitabları tələbələrin istifadə etdikləri dəyərli mənbələrdəndir.
Kafedrada «Pedaqogika», «Məktəbəqədər pedaqogika» (dos. R.Mursaqulova, dos.Z.Vəliyeva), «Nitq inkişafı metodikası» (dos. B.Paşayeva), «Pedaqogika tarixi» (dos. N.Rüstəmova), «Ətraf aləmlə tanışlıq metodikası» (dos. R.Mursaqulova), «Fiziki mədəniyyətin tədrisi metodikası» (dos.S.Cəmilzadə) və başqa fənlərin proqramları hazırlanmış, Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir.
Hazırda kafedrada 16 nəfər müəllim (dosentlər R.Mursaqulova (kafedra müdiri), B.Paşayeva, N.Rüstəmova, Z.Vəliyeva, Ş.Əliyeva, S.Cəmilzadə, S.Salamova, Z.Zeynalova, baş müəllimlər Z.Pulatova, K.Abdullayeva, X.Məmmədova, A.Əhmədova, S.Sadıqova, müəllimlər S.Mehdiyeva, M.Kərimova, P.Cəfərova) fəaliyyət göstərir.

Yaradıcı Kollektiv
[ Ətraflı... ]
  Azərbaycan Dövlət Pedaqoji Universiteti  PEDAQOGİKA VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ - Məktəbəqədər Pedaqogika Kafedrasının MÜHÜM XƏBƏRLƏRİ 

[ Ətraflı... ]
Skip Navigation LinksPsixologiya >> Məktəbəqədər Pedaqogika Kafedrası
Copyright © 2009 Azerbaijan State Pedagogical University & ASPU - The Web Studio of Computer Center