ARAMA

GİRİŞ FORMASI



GÜNÜN FOTOSU

IMG_2079.JPG

SƏSVERMƏ

Sayt xoşunuza gəlirmi?

 

İZLƏYİCİLƏR

Bu anda 8 Qonaqlar Online
ÖN SƏHİFƏ
Azərbaycan Dövlət Pedaqoji Universiteti ::: Ön Səhifə
ALI PEDAQOJI TƏHSILIN INNOVATIV INKIŞAFINDA İNFORMASIYA TEXNOLOGIYALARININ ROLU PDF Çap e-Poçt
dos. İlham Əhmədov tərəfindən yazıldı   
Çərşənbə, 23 İyun 2010 20:16

ALI     PEDAQOJI   TƏHSILIN   INNOVATIV   INKIŞAFINDA İNFORMASIYA  TEXNOLOGIYALARININ  ROLU

dos. İlham Əhmədov,  ADPU  “Kompüter  Mərkəzi”nin  direktoru,  Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır

1.    TƏHSILDƏ INNOVASIYALAR   ÖLKƏNIN  INNOVATIV  INKIŞAFININ  ƏSASIDIR
Bu gün artıq biz informasiya cəmiyyətinin üzvüyük.  Informasiya cəmiyyətinin xarakterik xüsusiyyəti informasiya texnologiyalarının  insan həyatının bütün sahələrinə  nüfuzu, informasiya sənayesi və biliklərin intensiv  inkişaf etməsidir. Informasiya cəmiyyəti  IKT-nin  inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir,  buna  biliklər cəmiyyəti  də  deyilir.  Burada insanın rifahının əsas şərti bilik, informasiya və onların səmərəli tətbiqidir.  Informasiya cəmiyyəti  zaman, məkan və siyasi sərhədləri aşaraq  informasiya mübadiləsinə imkan verir. İnformasiya cəmiyyəti tələblərinə uyğun olaraq  Azərbaycan  Respublikasının iqtisadi inkişafının strateji məqsədi xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçiddən ibarətdir.  Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına  yönəlir.  Ölkəmizdə  reallaşan «qara qızılı insan kapitalına çevirmək» siyasəti  dünyanın müasir inkişafı  meyllərinə uyğundur, çünki, bu gün hər  hansı ölkənin zənginliyi onun insanlarının təhsil səvviyyəsi ilə ölçülür.  Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyev  demişdir:   “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.  Göründüyü kimi  strateji  kurs  zamanın tələbinə uyğundur, indi biz  onu reallaşdırmaq yollarını   tapmalıyıq.  Bu   yol   təhsildən, ilk növbədə müəllim hazırlığından, pedaqoji  təhsil  sisteminin inkişafından keçir.
Bir çox ölkələr texnoloji inkişafı hədəf seçərək, az  zaman  kəsiyində intensiv sosial-iqtisadi inkişafa  nail ola bilmişlər. Hələ 1997-ci ildə Dünya Bankının proqnoz  ssenarisində qeyd edilirdi:                     ”Təhsil islahatları, təhsil investisiyaları,  yeni texnologiyalar yaxın gələcəkdə  inkişaf  etməkdə olan ölkələrin iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr  2010-2015-ci  illərdə  dünya  qlobal  iqtisadiyyatında  söz  sahiblərinə  çevriləcəklər”. Bu  proqnozun  həyata  keçməsinin artıq  biz şahidiyik.
Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının əsasının təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin edir.  İnkişaf etmiş ölkələrdə ÜDM artımının 80%-i  yeni texnologiya, avadanlıq və istehsalatın təşkili prosesində istifadə edilən innovasiyalar təşkil  edir.  Bu səbəblərdən müasir dünyada elm, təhsil, innovasiyalar və bunların  əsasında  yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləridir. Innovativ  məhsulların bu gün dünya bazarında  tutumu 2,5 trilyon dollardır. İnkişaf etmiş ölkələrdə  innovasiyaların  yaradılması  və tətbiqi üçün hər  il elmi-tədqiqatlara  yüz milyardlarla  dollar investisiya qoyulur. Təkcə  ABŞ-da  innovasiyaların yaradılması üçün  elmi-tədqiqatlara  hər  il 148  milyard dollar investisiya qoyulur. 
İnnovasiya amili İnformasiya Cəmiyyətinə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələr yox, bu informasiyadan səmərəli istifadə edən, onları  praktikada operativ tətbiq edən ölkələr intensiv inkişaf edir.  Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin innovativ  inkişafında bu amil aydın  sezilir. Bu gün  İnnovasiyalar İnternet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun elektron ticarəti olaraq, İC-də  intellektual  sahibkarlığın  mühüm  növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.

Daha Ətraflı...
 
KONFRANS MATERİALLARI PDF Çap e-Poçt
Administrator tərəfindən yazıldı   
Çərşənbə, 16 İyun 2010 19:08

ÖNSÖZ

Hacettepe Üniversitesi Eğitim Fakültesi ve Azerbaycan Devlet Pedagoji Üniversitesi işbirliğiyle 16 – 18 Mayıs 2010 tarihleri arasında Ankara’da düzenlenen II. Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu’nun amacı öğretmen yetiştirme politika, program ve sorunlarını tartışmak ve öğretmenlik mesleğinin geliştirilmesidir.
Japon eğitim felsefesini oluşturan şu sözler toplumlar için öğretmenlik mesleğinin ne denli önemli olduğunu açıkça ortaya koymaktadır.
“Yetiştirdiği her insanı yeniden kullanabilen toplum, akılcı, uygar, ileri bir toplumdur. Ancak, yetişkin insanlarının en iyilerini öğretmenlik mesleğine seçebilen toplum en güçlü toplumdur.” Toplumun güçlü olması bireyin güçlü olmasıyla orantılıdır. Bireyin güçlü olması ise onun bireysel yeteneklerini kullanabilen, bağımsız karar verebilen,
kişiliğini bulmuş, başkalarına bağımlı olmadan yaşayabilen bir kişi olarak yetiştirilmesi ile sağlanabilmektedir. Bu
da öğretmen yetiştirmenin ne kadar ciddi bir iş olduğunu göstermektedir.
Ayrıca, üniversitelerin temel görevlerinden biri, entelektüel liderliktir ve bu kapsamda, topluma önderlik etme, yol gösterme, tetikleme görevleri bulunmaktadır. Bu sempozyum, üniversitemizin entelektüel liderlik görevinin bir parçası olarak, üniversitelerin birbirleriyle ve toplumla etkileşimlerine katkıda bulunmak hedefiyle de gerçekleştirilmiştir.
Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu'nda sunulan bildiriler aşağıdaki başlıklar
altında yer almaktadır.

Son Yenilənmə: Çərşənbə, 16 İyun 2010 19:17
Daha Ətraflı...
 
Beynəlxalq əlaqələrin yeni imkanları PDF Çap e-Poçt
dos. İlham Əhmədov tərəfindən yazıldı   
Şənbə, 12 İyun 2010 13:14

Beynəlxalq əlaqələrin yeni imkanları

Öz müstəqilliyi yolunda inamla irəliləyən doğma respublikamız təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilməkdədir. Belə bir zamanda digər ali məktəblər kimi bizim təhsil ocağımızda da son illərdə  xeyli müsbət işlər görülmüşdür. Onlardan biri də Universitetimizin fəaliyyət sahəsinin genişləndirilməsi, beynəlxalq  təhsil məkanına sürətlə inteqrasiya olunması prosesinə qoşulma təşəbbüsləridir. Qeyd edək ki, universitetimizin həyatında son üç ildə bu cür əlaqələr daha da artmaqdadır. Son dövrlərin təcrübəsi onu sübut etməkdədir ki, belə əlaqələrin qurulması tərfdaşlar üçün olduqca faydalı olub, qarşıda duran problemlərin birgə həlli yollarında səmərəli addımlar atılmasına geniş imkanlar açır.
Bu baxımdan universitetimizlə  qardaş Türkiyə Cümhuriyyətinin Hacettepe Universiteti arasında qurulmuş əlaqələri digər universitetlərimiz üçün bir örnək kimi göstərə bilərik. Məlum olduğu kimi bu əlaqələrin yenicə formalaşmağa başlamışdır. Universitetimizin rektoru AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun şəxsi təşəbbüsü və Təhsil Nazirliyimizin dəstəyi ilə baş tutuan bu beynəlxalq əlaqə  universitetimizin professor-müəllim heyətinin təcrübə keçmələrinə, qardaş ölkədəki tədris, təlim-tərbiyə sahəsində əldə olunan təcrübə barəsində fikir mübədiləsi aparmalarına, elmi-metodiki nailiyyətlərlə  bir-birilərinə  məlumat vermələrinə geniş imkanlar açmaqdadır. Xüsusən də indiki şəraitdə bu sahədə hər iki müstəqil dövlətin  təhsil qurumlarının birgə fəaliyyətinə, qarşılıqlı anlaşmalarına ciddi ehtiyac vardır. Belə ki elə sahələr vardır ki, bizdən öyrənilməli, elələri də vardır ki, biz qardaş ölkədəki həmkarlarımızdan götürməliyik.
Son Yenilənmə: Çərşənbə, 16 İyun 2010 17:43
Daha Ətraflı...
 
“FASILƏSIZ PEDAQOJI TƏHSILDƏ ELEKTRON TƏLIM TEXNOLOGIYALARININ TƏTBIQI” mövzusunda elmi-praktik konfrans PDF Çap e-Poçt
Administrator tərəfindən yazıldı   
Çərşənbə, 12 May 2010 15:44

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetində 2010-cu il 18-19 iyunda  “FASILƏSIZ PEDAQOJI TƏHSILDƏ ELEKTRON TƏLIM TEXNOLOGIYALARININ TƏTBIQI” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.

KONFRANSIN TƏŞKİLATÇILARI:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Fasiləsiz Pedaqoji Təhsil üzrə  Koordinasiya Şurası,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Azərbaycan Milli Elmlər Akademiyası  İnformasiya Texnologiyaları İnstitutu.

Konfrans öz işini  aşağıdakı bölmələrdə  həyata keçirəcək:

 I BÖLMƏ    

Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının işlənməsinin və tətbiqinin nəzəri- konseptual və metodoloji problemləri;

II BÖLMƏ

Pedaqoji təhsil  müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının  pedaqoji– psixoloji problemləri;

III BÖLMƏ

Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının texnoloji problemləri;  

IV BÖLMƏ

Pedaqoji təhsil müəssisələrində elektron təlim texnologiyalarının istifadə olunmasının metodik problemləri.

NƏŞRLƏR:  

Konfransın proqramına daxil ediləcək məruzələr 20 may 2010-cu il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərindən birində A4 formatlı kağızda çap olunmuş və müəlliflər tərəfindən imzalanmış şəkildə iki nüsxədə, surəti elektron daşıyıcıda olmaqla təşkilat komitəsinə təqdim edilməlidir. Məqalələr Microsoft Office Word 97-2003, Times New Roman, 12 formatında yığılaraq, həcmi 5 səhifədən artıq olmamalıdır (elektron variant   Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır   ünvanına gündərilə  bilər). Hər məqaləyə mütləq onun yazılış dilindən fərqli olan iki dildə annotasiya əlavə olunmalıdır.

Təşkilat komitəsi

 Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç.34, otaq 130, telefon 498-89-33, 

Bu e-Poçt ünvanı arzuedilməz spamdan qorunulur, görünməsi üçün JavaScript aktiv olmalıdır

Son Yenilənmə: Çərşənbə, 16 İyun 2010 18:09
Daha Ətraflı...
 
Pedaqoji fakültənin yarıməsrlik yubileyi PDF Çap e-Poçt
Administrator tərəfindən yazıldı   
Bazar ertəsi, 26 Aprel 2010 10:55

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova

Çoxhörmətli Yusif müəllim!

Azərbaycanın müqəddəs ali təhsil ocağı - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin yarıməsrlik yubileyi münasibətilə Sizi və bütün kollektivinizi səmimi qəlbdən təbrik edirəm.
Rəhbərlik etdiyiniz Universitetinin ən böyük fakültələrindən biri sayılan pedaqoji fakültə 1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə fəaliyyətə başlamışdır. Bu fakültə Azərbaycanda maarifçilik hərəkatının və təhsilin inkişafına öz dəyərli töhfəsini vermişdir. Fakültə mütərəqqi pedaqoji ənənələrə sadiqliyini bütün dövrlərdə qoruyub saxlamış və bunu ölkəmizdə təhsil islahatlarının geniş vüsət aldığı indiki vaxtda da öz əməli fəaliyyəti ilə sübüt etmişdir. ADPU fəaliyyəti dövründə Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmiş, Azərbaycan elminin və təhsilin dünyaya inteqrasiya olunmasında, həmçinin Azərbaycanın tərəqqisi, respublikamizda təhsilin inkişafı və elmi  potensialın gücləndirilməsi, ölkəmizi irəliyə aparan milli ruhlu gənc nəslin yetişməsi üçün mühüm rol oynamışdır. Bu uğurlarda Pedaqoji fakültənin də payı vardır.
Azərbaycan təhsilində aparılan islahatların məzmununa uyğun olaraq, müasir məktəblərimiz üçün yeni düşüncəyə, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrlarının hazırlanması işini Pedaqoji fakültənin əməkdaşlarının bundan sonra da əzmlə davam etdirəcəklərinə inanır və bu işlərində onlara müvəffəqiyyətlər diləyirik.
Bu əlamətdar yubiley münasibətilə Sizi, pedaqoji fakültənin professor-müəllim heyətini, tələbələrini və məzunlarını səmimi qəlbdən təbrik edir, cansağlığı, nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru 

professor  Asəf Zamanov

Son Yenilənmə: Çərşənbə, 16 İyun 2010 17:38
 
<< Başlat < Əvvəlki 1 2 3 Sonrakı > Son >>

Səhifə 1 > 3

ƏN SON XƏBƏRLƏR

SON YENİLƏNMİŞ XƏBƏRLƏR

DAHA ÇOX İZLƏNİLƏNLƏR

BƏSLƏMƏLƏR

feed-image Birlik Bəsləməsi